Yaxşı ki, bu tik-tok platforması var.Şikayəti olan hərbir kəs haqsızlığı,qudurğanlığı,dələduzluğu video lentə alıb,sosial şəbəkədə paylaşır.Üzündə bir qırıq su olan məmur utanır,el qınağından qorxub səhvini düzəldir.Ancaq eləsidə var ki,gözünü pul oqədər örtüb ki,vijdanını itirib.Heyvanların hörüş yerini pulu olan hərkəsə satır.
Biləsuvar rayonu,Amankənd kənt bələdiyyə sədri Məmmədov Fizuli Əlisahib oğlu boş torpaq sahələrini satıb cibini doldurur.Şikayətçi bildirir ki,Biləsuvar rayon icra başçısın qəbulundada olmuşam,heçbir xeyri yoxdu.Füzuli yenə kəntdə öz ağalığını edir.İş yeri yox,gəlir yeri olmayan kəntçi heyvandarlıqla məşqul olmaq məcburiyyətindədir ki,bunuda Füzuli müəllim sakinlərə çox görüb bütün hörüş sahələrini satır.Baxın,məsələ belədir ki,inanmıram Füzulinin bu əməlini rayonda heçbir qurum bilməsin,ortada nəsə var ki,bu çirkin əmələ bilərəkdən göz yumurlar.Bununda əziyyətini yerli sakinlər çəkir.
Mən bilirəm ki, Biləsuvar rayon bələdiyyə sədri Abbasov İlqarın bu işdən xəbəri var.Bu yerli sakinləri,milləti bu dərəcədə incitmək nəyə lazımdır?
Məyər yetmədimi,bugünə kimi qazandıqlarınız bəs etmir,gərək evinizin fasadı mərmərdən ola?
Nəqədər qazanırsan qazan,istəyirsən millətin cibini yox qanını sovurun,ölüb gedəndən sonra insana qalan rəhmət olur.Çalışın bu rəhməti sağ ikən qazanın.
Məsələni diqqətimizdə saxlayacağıq.