Regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdənik - Nazir

Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir.

Telexeber.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində deyib.


“Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir – 20 konvensiyaya qoşulmuşuq. Konvensiyalar, demək olar, ətraf mühitin mühafizəsi və iqlim problematikası üzrə əsas konvensiyalardır. Onların icrası Azərbaycanda uğurla həyata keçirilir. Azərbaycan bu sahədə aparıcı dövlət kimi özünü göstərib. Biz buna regional əməkdaşlıq formasında baxırıq. Burada həm Qafqaz, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan söhbət gedir”, – Muxtar Babayev qeyd edib.

O vurğulayıb ki, postsovet məkanında ilk dəfə Azərbaycanda keçiriləcək COP tədbiri “böyük məsuliyyətdir”:

“Biz burada iqlim danışıqlarından başqa, ətraf mühitin mühafizəsi ilə bağlı digər məsələlərin də müzakirəsinə imkan yaradacağıq .Əsas məsələlərdən biri maliyyələşdirmədir ki, iqlim gündəliyinin həlli üçün və iqlim dəyişikliyi ilə mübarizədə daha çox maliyyə resurslarının formalaşdırılması, ölkələr tərəfindən maliyyə yardımlarının təşkil olunması müzakirə predmeti olacaq”.
Популярный ролик