Bu, bütün ölkələr üçün qlobal təhlükədir - Volodin
- 19.09.2024, 10:20,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya dövlət dumasının sədri Vyaçeslav Volodin Livanda baş verən silsilə elektron partlayışları şərh edib.
Telexeber.az xəbər verir ki, Vyaçeslav Volodin bu barədə Telegram kanalında yazıb.
“Livanda baş verənlər hərtərəfli araşdırılmalıdır. Beynəlxalq qurumlar belə cinayətlərə qarşı tədbirlər hazırlamalıdır. Əks halda, heç bir insan özünü təhlükəsiz hiss edə bilməyəcək”.
Vyaçeslav Volodin əlavə edib ki, planlaşdırılan yüksək texnologiyalı hücum dünyada ciddi nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, elektron cihazların partlayıcı qurğu kimi istifadə edilməsi ehtimalı terrorizmi yeni səviyyəyə qaldırır.
O bildirib ki, bu, bütün ölkələr üçün qlobal təhlükədir.