Vüqar Musayev vəzifəsindən azad edildi
- 06.11.2024, 09:48,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə məxsus "Şəki Sukanal" ASC-nin direktoru Vüqar Musayev vəzifəsindən azad edilib.
Telexeber.az xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Elmir Əkbərova həvalə olunub.
O, indiyə qədər şirkətin baş mühəndisi olub.
Xatırladaq ki, "Şəki Sukanal" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,913 milyon manatdır.