"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb.
Telexeber.az-ın məlumatına görə, reportajda bildirilir ki, COP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi olacaq. "Bakıda Olimpiya Stadionunun yanında 112 min m²-lik bir meydança yaradılıb və burada iqlim maliyyələşdirilməsi və tullantıların azaldılması ilə bağlı mühüm məqsədləri müzakirə etmək üçün 40 mindən çox nümayəndə və dünya liderləri toplanacaq. Azərbaycan COP29-un ev sahibi olmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiqliyini nümayiş etdirir", - süjetdə deyilir.
Burada, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılmış şərait, nəqliyyatın intellektual idarə olunması tədbirləri və genişləndirilmiş yerləşdirmə imkanları vurğulanır ki, bu da Azərbaycanın tədbiri keçirməyə hazırlığını göstərir.