Gülnarə Muxtarovaya vəzifə verildi - FOTO

Ağsu Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Telexeber.az-ın məlumatına görə, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.


Əmrə əsasən, Gülnarə Muxtarova Ağsu Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Qeyd edək ki, G.Muxtarova 1965-ci ildə Bakı şəhərində anadan olub.

1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində, 1989-1990-cı illərdə Respublika Klinik Xəstəxanasında internatura təhsili alıb.

1990-2003-cü illər ərzində Bakı şəhəri Baş Səhiyyə İdarəsində həkim-metodist, 2003-2018-ci illərdə həkim-məsləhətçi, 2018-2024-cü illər ərzində isə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 20 nömrəli Uşaq Poliklinikasında baş həkimin müavini kimi fəaliyyət göstərib.
Популярный ролик