Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin hesabına böyük imkanlar əldə edən Əhmədağa İbrahimov övladlarına nəhəng biznes yaratdığı deyilir.
- 20.12.2024, 14:30,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi respublikanın yeddi rayonunda Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında kollektor-drenaj şəbəkəsinə xidmət edir.Xidmət deyəndə ciddi bir iş reyimi ağıla gəlməsin,edilən müraciətlər, görülən işlər və dövlət büccəsindən küllü miqdarda silinən vəsait onu göstərir ki,bu idarədə babat yeyinti var. Əhmədağa İbrahimov Şirvan şəhərində oliqarx məmur kimi tanınır.O, məhz Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin hesabına böyük imkanlar əldə edərək övladlarına nəhəng biznes yaratdığı deyilir.Diqqətə çatdırım ki,Əhmədağa İbrahimovun oğlu Orxan İbrahimov Şirvan şəhər icra başçısının müavini vəzifəsində işləyir.
İllərdir Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi vəzifəsində işləyən və yaşı 70-ə yaxınlaşan Əhmədağa İbrahimov kürəyini Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisinə söykəyib və rahatçılığıda bundan irəli gəlir.
Zakir Quliyev,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmrinə əsasən Regional Su Meliorasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisini Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin vəzifədə saxlatdırdığı bildirilir.
Etibarlı mənbədən bu haqda Telexeber.az a daxil olan bütün informasiyalar araşdırılıb diqqətinizə çatdırılacaq.
Bizi izləməyə davam edin,ardı var...