XİN adından yayılan bu məlumat saxtadır - FOTO

Sosial şəbəkələrdə AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Telexeber.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
O, sözügedən məlumatın saxta olduğunu vurğulayıb.

Qeyd edək ki, məlumatda Ayxan Hacızadənin AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbi kimi quş sürüsü ilə toqquşması versiyasını təsdiqlədiyi bildirilib.
Популярный ролик