Rusiya prezidentinin katibinin qızı Ramazan ayında ORUC TUTACAQ - FOTOLAR
- 24.04.2020, 09:53,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova Rusiyanın Patriarxı Kirili sərt tənqid edib və Ramazan ayı üçün planlarından danışıb.
Telexeber.az İnteraztv-yə istinadən xəbər verir ki, Yelizaveta Peskova fikirlərini öz “İnstaqram” səhifəsində paylaşıb.
O bildirib ki, özünü inanclı sayır amma pravoslav deyil.
Müasir kilsənin roluna toxunan Y.Peskova hesab edir ki, Rusiyada “əsl pravoslavlıq” təhrif olunub və kilsənin fəaliyyəti ziddiyətlidir. Bununla bələ, o, bütün rusiyalı pravoslavları Pasxa bayramı münasibəti ilə təbrik edib.
D. Peskovun qızı “İnstaqram” postunun şərh bölmündə İslam dini haqda da fikirlərini bölüşüb.
Qeyd edib ki, İslam dinini özünə daha yaxın hesab edir və Ramazan ayı ərzində oruc tutmağa hazırlaşır.
Xatırladaq ki, Yelizaveta Peskova dəfələrlə Çeçenistan respublikasına səfər edib, Ramzan Kadırovla görüşüb. Səfər müddətində isə hicabda olub.