
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Ramin Alik oğlu Rzayev Nazirliyin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.O bu əmirə qədər,yəni 2021-ci ildən hazırkı vəzifəsinə qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini işləyib.Demək istədiyim odur ki,sədr yeni təyin olunmasına baxmayaraq Nevroloji və Psixiatrik üzrə "EKSPERTIZA QURUPU" nun yarıtmaz fəaliyyəti haqqında yetəri qədər məlumatlıdır və mən inanmıram ki,2021-ci ildən bu günə kimi həlli yolunu tapmayan xəstələrin haqlı müraciətlərinə bu gündən sonra can yandıran olsun.
Mən xəstəmə görə və onun 2022 cil dən kəsilmiş pensiyasının bərpası üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində çox olmuşam.Hərdəfəsində də xoşa gəlməz hadisələrlə üzləşmişəm-məsələn, ağır xəstələrə əlilliyin verilməməsi üçün min bir hoqqadan çıxan Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin "EKSPERTIZA QURUPU" və bu haqsılığa dözə bilməyən xəstələrin çarəsiz fəryadını görmüşəm.Qəbul otaqlarının qapılarına yumuruq,təpik vurmaqla hirsini soyutmaq istəyən xəstələri görmüşəm.
2016 cı ildən 3 cü qurup əllik alan şizofren xəstəsi F 60.4 F 32.1 diaqnozunu daşıyan Elnurə Həsənova Kəmran qızı 2022 ci ilin fevral ayında vaxtı bitdiyi üçün əlilliyi ləğv olunur.Əlilliyin vaxtı bitsədə müalicələr davam etdirilir,bu o deməkdir ki,xəstəyə 1 saylının və 2 saylının qoyduğu diaqnoz (F 60.4 F 32.1) dəyişməz olaraq qüvvədə qalır.2025 ci ilə kimi müalicələr alır,2 saylıda çoxsaylı yatışları olur (xəstəliyi ilə əlaqəli) və eyni zamanda da əlilliyinin bərpa olunması üçün müraciətlər edir.Lakin bütün bunlara baxmayaraq xəstənin bütün müraciətlərinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi TƏKRAR MÜAYİNƏ cavabı verir.Ruhdan düşməyən xəstə əlilliyi üçün mücadilə edir və sonda yəni 3 ildən sonra DTSERA nin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamenin müdir müavini İlkin Yusifov elə bir qərar qəbul edir ki,yatsan yuxuna belə gəlməz ki,ayıbdı belə biyabırçılıq olmaz axı.İlkin Yusifov bildirir ki,bəs xəstəni bizim "ekspertlər" müayinə edə bilmir,ona əsasəndə xəstə göndəriş əsasında getməlidi 1 saylı xəstəxanaya.Xəstəxanada gecə gendüz kamera müşahidəsi altında olmalıdır,BƏLKƏ bundan sonra əllik verdik.Xəstə sanki teroristdi,adam öldürüb,ona əsasəndə İlkin Yusifov geniş miqyasda ekspertiza keçirdir (lap dəqiq bilmək istiyir ki, bu canini asaq,həbisə ataq, yoxsa əllik verək)
Belə biyabırçılıq olmaz,sən ekspert olaraq şizofren xəstəsinin əlliyini, dərəcəsini yoxlaya bilmirsənsə məncə sizi o kürsüyə layiq görən də,elə siz ağılda olar.Bu çıxılmaz vəziyyətdə dərdi kimə deyəsən,necə edəsən bilmirsən,3 il sən xəstəni ekspert olaraq ruçqana doluyasan axırdada qərar qəbul edəsən ki,xəstəxanada kamera altında yaşamalısan.
1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında xəstə Həsənova Elnurə Kəmran qızı növbəti dəfə həkim ekspertizasından keçmiş və buda nəticə.Diqanoz dəyişməz olaraq qalıb.




Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nevroloji və Psixiatirik üzrə "ekspertiza qurupu" F 60.4 F 32.1 diaqnozunu daşıyan Elnurə Həsənova Kəmran qızına əlilliyin verilməməsi üçün növbəti oyunu,bəhanəsi nə olacaq?
Qanunvericiliyə əsasən təkrar müraciət olunacaq,forma 88 sənədi rəsmiləşdirildikdən sonra qiymətləndirilmə aparılacaq.Qəbul olunan qərar xəbər səhifəmizdə işıqlanacaq.Bizi izləməyə davam edin,ardı varrrr.