Emin Əmrullayev Aleksandre Tsuladze ilə görüşdü
- 21.05.2025, 09:45,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşüb.
Telexeber.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ümumi və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.