Rusiyada Araz Ağalarova qarşı icraata başlanıldı
- 03.07.2025, 12:13,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb.
Telexeber.az CityPost.az-a istinadən xəbər verir ki, bu, fiziki şəxslərin borclularının reyestrinin məlumatları ilə təsdiqlənir.
Kartotekaya əsasən, Moskvanın Presnenski Rayon Məhkəməsi mayın 7-də müvafiq icra vərəqəsini versə də, proses iyunun 26-da başlayıb.
Araz Ağalarov “Crocus Group”un sahibidir. 2020-ci ildə o, 1,7 milyard dollarlıq sərvətlə Forbes-in "Rusiyanın 200 ən zəngin iş adamı" reytinqində 55-ci yeri tutub.
İyunun 27-də müğənni Leonid Aqutinin sənətçinin 35% paya sahib olduğu “Leonid Aqutin Production Center” şirkətinə borcuna görə məhkəmə icraçıları tərəfindən axtarışa verildiyi bildirilir.