Qəbələ rayon Vəndam qəsəbəsi ölkəmizin gəzməli,görməli,dincəlməli, istər yerli-istərsədə xarici turistlərin axın etdiyi bir qəsəbədir.Sosial şəbəkədə bir sakin tərəfindən yayımlanan natəmizlik videosu həqiqətəndə ürəyimizi ağrıtdı.Sözdə deyilənlərə insanın inanmağı biraz çətin olsada,videodakı fakt öz təsdiqini tapır.Söhbət Vəndam bələdiyyə idarəsinin ətrafında baş vermiş natəmizlikdən gedir.Asif Həşimovun başı deyək ki işə qarışıb,bu idarədə bir bağban yoxdurmu ki,bələdiyyə binasının ətraf sahəsinə nəzarət etsin? Gül çiçək əkimini qoyaq bir qırağa deyək ki,əziyyətli və məsuliyyətli işdi və Asif müəllim özünü əziyyətə vermək istəmir.Səkiləri alaq basıb,zibil basıb,otlaq sahəsi quruyub yerində qalıb,bunları təmizləməkdəmi əziyyətdir? Hər bir bələdiyyənin əsas məqsədi seçicilərinə verdiyi sözü layiqincə yerinə yetirmək olmalıdır.Vəndam bələdiyyəsi əldə etdiyi maliyyə vəsaitini hara və necə xərcləyir ki,bu gün sakinlər narazıçılıq edir.Öz ətrafının təmizliyini icra edə bilməyən bir rəhbər şəxs xalqa necə qulluq göstərə bilər? Əldə etdiyimiz video faktı təqdim edirik,izləyib fikir bildirin.