
Son vaxtlar elə ay olmur ki, “MedEra Hospital”dan şikayət gəlməsin. Bu tibb ocağı sanki pasientlərin qəsdinə durub. Klinika hər şikayətçini də təqsirkar çıxarmağa çalışır.
Telexeber.az a. Qaraçuxur qəsəbə şərq yaşayış sahəsi döngə 13 ev 20 də yaşayan Məmmədov Bəyməmməd Süleyman oğlu tərəfindən yazılmış ərizə daxil olmuşdur.Ərizədə deyilir:


”Yazıb sizə bildirirəm ki,anam 75 yaşlı Məmmədova Starə Bayraməli qızı sol əyaq ağrısından əziyyət çəkirdi,belə qərara gəldik ki,anamın bu ağrılarına son qoymaq üçün “MedEra Hospital” a aparaq. Səhərisi gün,yəni 2025 ci ilin mart ayında yaxınlaşdım,“MedEra Hospital”ın kassasına 2500 manat ödəniş etdikdən sonra Gürkan doktor məni qəbul etdi.“MedEra Hospital” da xəstənin sol əyağını anjo etdilər, İsmayıl həkim bildirdi ki,xəstənin sol əyaq barmaqları götürülməlidir,sonra nədənsə fikir dəyişikliyi olur qərar verirlər ki,pəncə kəsilməlidir,yenidən birdə xəstəni anjo elətdirib son qərər verirlər ki,sol ayaq dizdən aşağı kəsilməlidir.Gürkan dokturda İsmayıl həkimin bu qərarını sorğulamadan,Martın 4 ü,3 dəfə anjo olunmuş xəstə 75 yaşlı Məmmədova Starə Bayraməli qızının sol əyağını dizdən aşağı kəsir.
2500 manat ödəniş etməyimizə baxmayaraq xəstəni “MedEra Hospital” da 1 gün saxlayıb evə buraxırlar.
Bir neçə gün keçmir ki,xəstənin yenə dözülməz ağrıları başlayır,yenidən müraciət etdik. “MedEra Hospital” a xəstə yenidən anjo olundu və İsmayıl həkim qərar qəbul edir ki,sol əyaq dizdən yuxarı kəsilsin.Bu qərardan sonra bizdən təkrar 2000 manat ödəniş etməyimizi istədilər.Hay küy salandan sonra 1800 manata razılaşdılar.Gürkan doktur mart ayın 19 u xəstə Məmmədova Starə Bayraməli qızınının sol əyağını dizdən yuxarı kəsir.İsrarla,xahişlə,minnətlə xəstəni 3 gün “MedEra Hospital” da saxlayırlar,ancaq bu xidmətində qarşılığı olaraq yenidən 1600 manat pul istədilər.Ödəniş etməyə imkanımız olmadı.
Dəfələrlə ödəniş üçün evə zəng etdilər Gürkan doktur diqqətə çatdır ki, bura bazar deyil,baş həkim ödənişi tələb edir,siz ödəməsəniz gərək mən öz cibimdən ödəyim 1600 manatı.
19.07.2025 ci il tarixində xəstənin vəziyəti pisləşdiyi üçün təcili yardım çağırdıq və xəstə Məmmədova Starə Bayraməli qızı vəfat etdi.Təcili yardım əməkdaşları ölüm səbəbi olaraq bildirdilər ki,trompun yüksək olduğu üçün beyinə vurub.
Burda sözün bitdiyi bir anı yaşayırıq,necə edək,nəcür edək bilmirik.Gürkan dokturda deyir İsmayıl həkim hardan dedi mən ordanda kəsmişəm.İsmayıl həkimində rəhmət oxumaqdan başqa əlindən heçbir iş gəlmir.“MedEra Hospital” ın səhnənkarlığı ucbatından anam rəhmətə getdi,xahiş edirəm ki, bu hadisənin ictimailəşdirilərək mənə dəyən maddi ziyanın ödənilməsinə və günahkarların cəzalandırılmasına kömək edəsiniz.
Qeyd edək ki, “MedEra Hospital”ın icraçı direktoru,baş direktoru,baş həkimi bu məsələdən xəbərdar olsalar da şikayətçinin hüquqlarını tapdayaraq heç bir tədbir görmək belə istəmirlər. Ümidvarıq ki, əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görərək günahkarları cəzalandıracaq və vətəndaşa dəymiş ziyanın ödənilməsini təmin edəcəklər.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Diqqətə çatdırım ki,bu məslə ilə bağlı video süjet hazırlanır və baş vermiş hadisənin təfarrüvatını şikayətçinin öz dilindən eşidəcəksiniz.Telexeber.az ın yutub kanalını izləyin,abunə olun.
Baş vermiş hadisə ilə bağlı “MedEra Hospital”la əlaqə saxladıq və qarşı tərəfə suallarımızı verdik.
1. Trompdan əziyyət çəkən 75 yaşlı Məmmədova Starə Bayraməli qızını müayinə (anjo) edən İsmayıl həkim nə üçün xəstəyə vaxtında düzgün diaqnoz qoymayıb?
2. “MedEra Hospital” dan bildirirlər ki,Məmmədova Starə şəkər xəstəsi olub,bunu sübut edəcək həkim rəyi varmı sizdə?
3. Xəstə, xəstəliyinin şəfası üçün borc xərc edib sizə üz tutub,xəstənin ümüd yeri “MedEra Hospital” olub.Nyə xəstəni 2,3 cü dəfə əlavə xərcə salıb ödəniş tələb etmisiniz?
4.75 yaşlı Məmmədova Starəni (xəstəni) hansı səbəbdən 2 ci dəfə əməliyyat edib sol əyağını dizdən dizdən yuxarı kəsmisiniz?
5.Həkim səhnənkarlığı ucbatından ikinci dəfə əməliyyat edilən xəstədən “MedEra Hospital” da 3 gün yatışına həqiqətənmi 1600 manat ödəniş istənilib?
Ümüd edirik ki,qarşı tərəfə ünvanladığımız suallara insafla,doğru dürüst cavab alarıq.


Hər halda 75 yaşlı Məmmədova Starə Bayraməli qızı ağrılardan azad olub sağlam həyat yaşamaq istərdi,ancaq həkim sahnənkarlığı ucbatından ikinci dəfə əməliyyat olunan,ağrılar içində yaşayan xəstənin ömrü dahada qısaldı və 19.07.2025 ci il tarixində xəstə rəhmətə getdi.
Allah rəhmət eləsin.