DİM: Bu il imtahan günlərinin sayı artacaq
- 12.05.2020, 08:26,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il imtahan günlərinin sayı əvvəlki illərlə müqayisədə çox olacaq.
Telexeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.
Koronavirus pandemiyası ilə əlaqədar bu il imtahanların sanitar-gigiyenik tələblərin qorunması baxımından fərqli şəkildə edəcəklərini deyən N.Hüseynova bildirib ki, əvvəl imtahan zamanı zaldakı bir masa arxasında iki abituriyent əyləşə bilirdisə, bu il bunu edə bilməyəcəklər:
"Bu il imtahan zallarında bir masa arxasında bir şagird əyləşəcək. Əvvəl bir zalda 30-a yaxın abituriyent əyləşdirə bilirdiksə, indi bu rəqəm 12-15 nəfərdən çox olmayacaq. Əvvəl 30 min abituriyent bir gündə imtahan verirdisə, bu il bütün bu rəqəmləri ikiyə bölməli olacayıq. Ona görə də bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan günlərinin sayı da artacaq".