
El arasında qar ruzi-bərəkət rəmzi sayılır,bu deyim keçmiş dönəmlərdən bəri deyilir və sınanır.Yağan qarın bəhrəsi ən çox əkinçilik sahəsində əldə edilib.
Ancaq 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı bu vəziyyəti fürsət bilib, Şamaxı rayon yollarına yağan qarı təmizlənməsi üçün dövlət büccəsini talan edir.Zakaz və hörmət müqavilində "görülən işlər" elə bəzədilib,şişirdilib xəbər səhifələrində paylaşılır ki,anlayışı olmayıb izləyənlər deyir vAllah bu kişi xalqa millətə xidmət edir də,halal olsun.
Paylaşımları məndə izlədim və gördüklərimə şahid lazım deyil.Çünki bu paylaşımı Nazim Eynallı özünə aid WhatsApp statusunda paylaşmışdır.
Yeni müasir qum səpən texnikada vaxtı elə nizamlayıblar ki,texnikanın səpdiyi qumla bir səfərkinin arasında təqribən ən azı 5 metr məsafə var.Göz görür ancaq bu buzlu yolda bir qaşıq qum çətin sürücülərin imdatına çata.
Bu soyuqlu,şaxtalı havada işçilərin əlinə lapatka,kürə,bel verib yola torpaq səpdirən,qar təmizlətdirən Nazim Eynallı şəxsi avtomobilində isti peçə xod verərək vido çəkib paylaşır ki,Şamaxı rayonunda yollar qardan təmizlənir,yollara duzlu qum səpilir.
Nazim Eynallı bu süni xidmətin məruzəsini sən ancaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin Sədri Saleh Məmmədova raport edə bilərsən.İşinin peşəkarı olan jurnalist sənin bu pis əməlinə,rüşvətlə yoğrulmuş xidmətinə don geyindirməz.Hərkəsə məlum məsələdir ki,bu soyuqlu,şaxtalı havada əlinə bel verib nökər kimi işlətdiyin fəhlənində xidmət vaxtı reklam naminə gündəlik çəkdiyin videoların sonluğu ilə bitir.
Gəl sən nə özünü aldat, nədəki bəzi xəbər səhifələrində bəy tərifi etdirərək xalqın gözündən pərdə asma.Ofisdəki işin hərkəsə məlumdur,elə o işini davam etdirsən yaxşı olar.



