"Çimərliklərə bağlı komissiya yaradılıb və qaydalar hazırlanır" - Eldar Əzizov
- 19.05.2020, 08:13,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Çimərliklərə bağlı komissiya yaradılıb və qaydalar hazırlanır".
Telexeber.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər yerdə sosial məsafə saxlamaq vacibdir: "Bununla bağlı bəzi elektron sistemlərdən istifadə olunacaq. Vətəndaş evdən çıxmamışdan qabaq yer sifariş edə bilər. Biz proqram hazırlayırıq".
E.Əzizov bildirib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə əlavə edib ki, turizmlə bağlı qaydalar və təlimatlar var: "Məsafənin qorunması və digər məlumatlar yazılı şəkildə asılacaq. Konkret şəxslər olacaq ki, fiziki məsafə və qaydalara əməl edilməsinə nəzarət edəcəklər. Çimərliklərin özlərinin spesifik qaydaları da ola bilər".