"İdrak" liseyinin illik təhsil haqqı bu qədər imiş - QİYMƏT
- 06.02.2026, 12:17,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Binəqədidəki silahlı insidentdən sonra “İdrak” liseyinin "dodaq uçuqladan" təhsil haqqı yada düşüb.
Telexeber.az xəbər verir ki, hazırda liseydə illik təhsil haqqı 10 000–16 500 manat arasında dəyişir.
Məlumat üçün bildirək ki, fevralın 6-da məktəbdə şagirdin odlu silahdan atəş açması nəticəsində müəllim xəsarət alıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Hadisədə şübhəli bilinən şagird saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə baxış keçirir, başvermə şəraiti və səbəblər araşdırılır. Xəsarət alan müəllimə vaxtında tibbi yardım göstərilib, müalicəsi tibb müəssisəsində davam edir.
Qeyd edək ki, müəllimə atəş açmaqda şübhəli bilinən şagirdin daha əvvəl davranış problemləri olub. Bildirilir ki, həmin şagirdin kompüter oyunlarına həddindən artıq maraq göstərdiyi və insidenti də bu oyunların təsiri altında törətmiş ola biləcəyi ehtimal edilir.