Vüqar Əhmədovun rəhbərliyi ilə Azərişıq ASC – 11 illik etibarlı enerji və davamlı inkişaf yolu
- 10.02.2026, 12:47,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

10 fevral Azərbaycan enerji sektorunda mühüm tarixlərdən biridir. Cənab Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamına əsasən “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Azərişıq Açıq Səhmdar Cəmiyyəti adlandırıldı və bununla da ölkə üzrə elektrik paylayıcı şəbəkələrin vahid idarəetməsi təmin olundu.
Yarandığı gündən etibarən Azərişıq ASC paytaxt Bakı ilə yanaşı regionlarda da elektrik təsərrüfatının yenilənməsi, infrastrukturun müasirləşdirilməsi və istehlakçı məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirib.
Bu inkişaf mərhələsinin əsas aparıcı fiqurlarından biri Azərişıq ASC-nin sədri Vüqar Əhmədovdur. Onun rəhbərliyi dövründə qurum idarəetmədə çevikliyi, şəffaflığı və nəticəyönümlü yanaşmanı əsas prinsipə çevirərək enerji sektorunda etibarlı və müasir bir model formalaşdırıb.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Vüqar Əhmədovun rəhbərliyi ilə Azərişıq ASC-nin qarşıya qoyulan strateji hədəfləri qısa müddətdə reallaşdırmaq bacarığını açıq şəkildə nümayiş etdirib. Son 6 il ərzində işğaldan azad olunan bütün rayonlarda yeni və müasir elektrik şəbəkələri yaradılıb, doğma yurdlarına qayıdan vətəndaşlar keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
Bu gün də Azərişıq ASC tərəfindən aparılan yenidənqurma, əsaslı təmir və modernləşdirmə işləri ardıcıl şəkildə davam etdirilir, enerji təchizatının dayanıqlılığı daim gücləndirilir.
Telexeber.az kollektivi olaraq Azərişıq ASC-nin yaradılmasının 11-ci ildönümü münasibətilə, Sədr Vüqar Əhmədovu və qurumun peşəkar kollektivini səmimi-qəlbdən təbrik edir, rəhbərliyin strateji baxışı altında Azərişıq ASC-yə yeni uğurlar, davamlı inkişaf və ölkəmizin enerji təhlükəsizliyinə daha böyük töhfələr arzulayırıq.