EKOLOGİYADA YENİ DÖVR BAŞLAYIR! – Rəşad İsmayılov nazir təyin olundu


Azərbaycan ekologiyasında mühüm dönüş nöqtəsi yaşanır. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Bu təyinat ölkədə ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və “yaşıl gələcək” strategiyasının daha da gücləndirilməsi istiqamətində ciddi mesaj kimi qiymətləndirilir.

Qeyd edək ki, Rəşad İsmayılov bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirinin birinci müavini vəzifəsində çalışıb və sahəni dərindən bilən, sistemin içindən gələn peşəkar kadr kimi tanınıb. Onun uzunillik fəaliyyəti, prinsipial mövqeyi və idarəçilik bacarığı bu məsuliyyətli posta etimadı şərtləndirən əsas amillərdəndir.

Ekspertlərin fikrincə, yeni nazirin rəhbərliyi ilə ekoloji nəzarətin sərtləşdirilməsi, qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi və ekoloji islahatların sürətlənməsi gözlənilir.

Telexeber.az olaraq Rəşad İsmayılovu bu yüksək və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edir, ona dövlətimiz və xalqımız naminə fəaliyyətində uğurlar və qətiyyətli addımlar arzulayırıq.
Популярный ролик