Azərbaycan BƏƏ ilə qarşılıqlı investisiyaların artırılmasını müzakirə etdi
- 12.02.2026, 10:33,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.
Telexeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl Şorafanın rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaq xoş oldu. Azərbaycan - BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayaraq, birgə layihələrin perspektivlərini, nəqliyyat, infrastruktur, "yaşıl enerji", rəqəmsallaşma, ticarət və biznes sahələrində əməkdaşlığın təşviqini, qarşılıqlı investisiyaların artırılmasını müzakirə etdik", - deyə nazir qeyd edib.