Həmin dəhliz ABŞ administrasiya üçün vacib olacaq - Prezident
- 15.02.2026, 10:44,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq.
Telexeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.
Dövlətimizin başçısı deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə - red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.