İslam Rzayev barəsində qərar verildi
- 23.02.2026, 14:09,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında sabiq icra başçısı İ.Rzayev saxlanılıb.
İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.