İran Naxçıvana dron hücumunu təkzib etdi
- 05.03.2026, 18:02,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib.
Telexeber.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah bəyanat yayıb:
“İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir”.