İlham Əliyev Qazaxıstan Prezidentinə təşəkkür etdi
- 07.03.2026, 10:30,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" hesabında paylaşım edilib:
"İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm".