Yağışın fəsadları aradan qaldırılır: Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyi iş başında (Video)


Paytaxt Bakıda yağan intensiv yağışlar bir sıra ərazilərdə ciddi problemlərə səbəb olub. Küçələrin və yolların su altında qalması, kanalizasiya xətlərinin dolması sakinlərin hərəkətini çətinləşdirib.

Mövcud çətinliklərə baxmayaraq, Binəqədi rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları operativ şəkildə iş başındadır. Yağışlı hava şəraitinə baxmayaraq, ərazilərdə su basmış yolların lyukları təmizlənir, suyun sərbəst axınının təmin olunması istiqamətində tədbirlər görülür.

Bununla yanaşı, sıradan çıxmış binaların navalçaları yenilənir, yağış sularının yığılmasının qarşısı alınır. Görülən işlər nəticəsində bəzi ərazilərdə vəziyyətin stabilləşdirilməsinə nail olunub.

Qeyd edək ki, paytaxtın müxtəlif yerlərində yağışın yaratdığı fəsadlar hələ də müşahidə olunur. Buna baxmayaraq, Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları fasiləsiz fəaliyyət göstərərək problemlərin aradan qaldırılması üçün səylərini davam etdirirlər.

Sözügedən görüntülər Telexeber.az-ın rəsmi YouTube səhifəsində paylaşılaraq ictimaiyyətin diqqətinə çatdırılıb.
Популярный ролик