Nazir ona yüksək vəzifə verdi - FOTO
- 31.03.2026, 11:59,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi dəyişib.
Telexeber.az qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə 2011-ci ildən sözügedən vəzifədə çalışan daxili xidmət polkovniki Şirinov Vüqar Fazil oğlu vəzifəsindən azad olunub və təqaüdə göndərilib.
Digər əmrlə Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə Kənan Eldarov təyin edilib.