Anar Bayramov iki vəzifəli şəxsi işdən çıxardı
- 23.04.2026, 08:19,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iki vəzifəli şəxsi işdən kənarlaşdırılıb.
Telexeber.az lent.az-a istinadən xəbər verir ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifələrindən uzaqlaşdırılıblar.
Məlumata görə, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.
Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən azad edilib.