Nazirliyin Kollegiyasının tərkibinə dəyişiklik edildi - ƏMR

Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib.

Telexeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiq edilib:

Kollegiyanın sədri

- maliyyə naziri

Kollegiyanın üzvləri

- maliyyə nazirinin I müavini

- maliyyə nazirinin müavinləri

- Naxçıvan Muxtar Respublikasının maliyyə naziri

- Maliyyə Nazirliyi Aparatının rəhbəri

- Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri

- Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

- Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru

- Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

- Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.
Популярный ролик