Agentlik sədrindən yeni təyinat - FOTO
- 05.05.2026, 16:56,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.
Telexeber.az unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Əmrə əsasən, Nicat Qocayev Sosial Xidmətlər Agentliyinin İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filialında müdir müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, N.Qocayev daha əvvəl Dövlət Vergi Xidmətində çalışıb.