İcra başçısı onu vəzifədən azad etdi - FOTO
- 07.05.2026, 13:12,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Binəqədi Rayon İcra Hakimiyyətinin sektor müdiri vəzifəsindən azad olunub.
Telexeber.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri İskəndər Cahangir-zadə vəzifəsindən azad olunub.
Qeyd edək ki, İ.Cahangir-zadə 2013-cü ildən Binəqədi RİH-də müxtəlif vəzifələrdə - aparıcı məsləhətçi, sektor müdiri, başçının köməkçisi, şöbə müdiri vəzifələrində çalışıb.