Ucar rayon sakini sosial şəbəkədə yayımladığı videoda ciddi narazılıqla çıxış edib.
Vətəndaş iddia edir ki, oğlu Ucar Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə yola salınıb, xidmət müddətini də normal şəkildə başa vuraraq geri qayıdıb. Lakin sonradan işlə təmin olunmaq üçün müraciət zamanı gözlənilməz vəziyyətlə üzləşib.
Belə ki, iddiaya görə, onun sənədlərində “yararsız” qeydinin vurulduğu və müvafiq möhürlə rəsmiləşdirildiyi məlum olub. Ata bunu “tam ziddiyyətli və izaholunmaz vəziyyət” kimi qiymətləndirir.
O, həmçinin iddia edir ki, oğlunun hərbi xidmətə göndərilməsi və sonradan sənədlərdə dəyişiklik olması ciddi suallar doğurur və məsələnin araşdırılmasını tələb edir.
Hazırda iddialarla bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilib-verilmədiyi məlum deyil.