"Bərpa yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmamalıdır" - Elçin Allahverdiyev
- 19.05.2026, 12:29,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

"İqlim, münaqişə və şəhərsalmanın kəsişməsi postmünaqişə dövrlərdə xüsusilə mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə Azərbaycan, "UN-Habitat və International Organization for Migration" ilə birgə, eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı ilə WUF13 çərçivəsində “Smart Sustainable Settlement for Safe Return Package” təşəbbüsünü irəli sürüb".
Telexeber.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) 13-cü sessiyasının üçüncü günündə keçirilən “Peace-Positive Climate Action through Urban Solutions in Fragile and Conflict-Affected Settings” adlı tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev deyib.
XİN nümayəndəsi qeyd edib ki, iqlim, münaqişə və şəhərsalma kəsişməsi çox vacibdir:
"Hazırkı qlobal kontekstdə şəhərsalma, mənzil təminatı və iqlim dəyişikliyi kimi mövzular xüsusilə münaqişələrdən zərər çəkmiş regionlarda bir-biri ilə sıx əlaqədə nəzərdən keçirilməlidir. Bərpa prosesi yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmamalı, eyni zamanda dayanıqlılıq, təhlükəsiz yaşayış şəraiti və ləyaqətli qayıdış üçün imkanlar yaratmalıdır".
Çıxışda qeyd olunub ki, bu mövzuların Ümumdünya Şəhərsalma Forumu çərçivəsində müzakirəsi vaxt baxımından olduqca aktualdır.