"Qarabağ şəhərsalma təcrübəsinin ən mühüm istiqamətidir" - Riad Qasımov
- 21.05.2026, 13:04,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azərbaycanın şəhərsalma təcrübəsinin ən mühüm istiqamətlərindən biri hazırda Qarabağ və ətraf bölgələrdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa prosesidir".
Telexeber.az xəbər verir ki, bu fikirləri "Bakının Baş Planı — 2040: WUF13-də şəhər bərpasının yeni erası" adlı panel müzakirələrdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov çıxışı zamanı səsləndirib.
“Baş plan proqramı dayanıqlılıq, innovasiya, rəqəmsal idarəetmə və ekoloji məsuliyyət prinsipləri əsasında tamamilə yeni şəhər və kəndlərin qurulmasına imkan yaradır”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri müasir urbanizmin yalnız fiziki bərpaya deyil, həm də mədəni dirçəlişə, iqtisadi canlanmaya və uzunmüddətli regional dayanıqlılığa necə xidmət etdiyini nümayiş etdirir.
“Bu layihələr bir çox baxımdan dayanıqlı inkişafın gələcəyi üçün canlı laboratoriya rolunu oynayır”, – deyə Riad Qasımov bildirib.