Zirə qəsəbəsində fəaliyyət göstərən Müalicə Diaqnostika Mərkəzinə,kirişalıq edən jurnalistlər Sevinc xanımın başına pərvanə kimi dolanırlar.Yəqin ki,belə olduğu halda Diaqnostikanın rəhbəri Sevinc xanım da,pərvanələri dolandırmağa özünə borc bilir.Əksi təqdirdə mətbuatdan tamamilə əli üzülən baş həkimin gördüyü və gördürdüyü qaranlıq, korrupsiyon işləri aşkara çıxar və karyerasına son qoyular.
Buna karyera demək olarsa.
Telexeber.az-da dəfələrlə işıqlanan, Zirə qəsəbəsində fəaliyyət göstərən Müalicə Diaqnostika Mərkəzinin rüşvət bataqlığı görünür aidiyyatı üzrə yaranmış olan Tibbi ərazi bölməsinin idarəetmə birliyinin vecinə deyil. Əksi təqdirdə dəfələrlə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevaya məsələ üzrə verdiyimiz məlumatdan bir irəliləyiş görərdik.
Rəvanə xanıma bildirsəkdə ki ,vətəndaş bizə müraciət edib və məsələnin işıqlandırılmasında,araşdırılmasında israrçıdır.Mətbuat katibi bizə bildirdi ki,vətəndaş zəhmət çəksin TƏBİB-in rəhbərliyinə məktubla müraciət etsin, bizdə araşdıraq.
Vallah belə baxırıq ki,bu xəmir hələ çox su aparacaq.
Ya baş həkimin güclü arxa dayağı var,yada ki,aidiyyəti qurumlar Sevinc xanımdan qorxurlar.
Sözü gedən Diaqnostika Mərkəzinin rüşvətxor həkim kimi fəaliyyət göstərən həkimlər
Uzi həkimi Əzizə xanım
Şəkər həkimi Elza xanım
Can həkimi İlhamə xanım
Baş həkim Sevinc xanım
lazım olsa həkim adı çoxdu maraqlananlara bildirərik.
Yazımızı bir sualla yekunlaşdırmaq istəyirəm,Zirə qəsəbəsində fəaliyyət göstərən Müalicə Diaqnostika Mərkəzində baş vermiş hətta vərdiş olunmuş rüşvətxorluğu,hansı qurum Dövlət qanunları ilə dizinfeksiya edəcək?