
Son illər ölkənin müxtəlif bölgələrində aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri fonunda Elnur Rzayev rəhbərlik etdiyi Xaçmaz rayonunda da nəzərəçarpacaq dəyişikliklərin şahidi olmaq mümkündür. Rayonun sosial-iqtisadi inkişafı, kənd və qəsəbələrdə həyata keçirilən yenilənmə işləri, vətəndaş müraciətlərinə operativ yanaşma və infrastruktur layihələrinin icrası Xaçmazda idarəçilik sisteminə olan marağı artıran əsas məqamlardan sayılır.
Rayonda həyata keçirilən abadlıq layihələri, yolların təmiri, sosial obyektlərin yenilənməsi və əhalinin gündəlik problemlərinin mərhələli şəkildə həllinə yönəlmiş addımlar göstərir ki, idarəetmədə koordinasiyalı fəaliyyətə xüsusi önəm verilir. Xüsusilə kəndlərdə aparılan monitorinqlər və sakinlərlə birbaşa görüşlər rayon rəhbərliyinin əsas fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirilir.
Müşahidələrə görə, Elnur Rzayev rayonun ümumi inkişaf strategiyasında həm sosial rifahın yüksəldilməsi, həm də şəhərsalma və infrastruktur sahəsində sistemli yanaşmanın formalaşdırılmasına çalışır. Xaçmazın turizm potensialının genişləndirilməsi, kənd təsərrüfatı sahəsində canlanmanın təşviqi və regionun investisiya baxımından daha cəlbedici hala gətirilməsi istiqamətində aparılan işlər də diqqətdən yayınmır.

Rayon rəhbərliyində mühüm vəzifələrdən birini daşıyan, başçının müavini – sosial-iqtisadi inkişaf və memarlıq-tikinti məsələləri üzrə fəaliyyət göstərən Şahbazov Fuad Nəzər oğlu həyata keçirilən layihələrin koordinasiyasında adı tez-tez hallanan şəxslərdən biridir. Əldə olunan məlumatlara görə, tikinti və abadlıq işlərinin planlı şəkildə icrası, yeni yaşayış massivlərində nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də sosial obyektlərin yenidən qurulması istiqamətində aparılan proseslərdə onun fəaliyyət xətti xüsusi qeyd olunur.
Xaçmazda son dövrlərdə küçələrin abadlaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi, park və ictimai məkanların yenilənməsi ilə bağlı görülən işlər rayon sakinləri tərəfindən də müsbət qarşılanır. Rayon mərkəzi ilə yanaşı, ucqar yaşayış məntəqələrində də aparılan layihələr göstərir ki, inkişaf yalnız bir istiqamətdə deyil, kompleks formada həyata keçirilir.
Sosial sahədə keçirilən görüşlər, şəhid ailələri və qazilərlə təşkil olunan qəbul prosesləri, aztəminatlı ailələrin problemlərinə həssas yanaşma da rayon rəhbərliyinin fəaliyyətində xüsusi yer tutur. Məhz bu yanaşma Xaçmazda dövlət-vətəndaş münasibətlərinin daha çevik formada qurulmasına səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir.
Müşahidəçilər hesab edir ki, Xaçmaz rayonunda həyata keçirilən yenilənmə prosesləri qarşıdakı dövrdə regionun həm iqtisadi, həm də sosial baxımdan daha fərqli mərhələyə keçidinə zəmin yarada bilər. Rayon rəhbərliyinin fəaliyyətinə dair formalaşan ümumi mənzərə isə idarəçilikdə dinamika və inkişaf xəttinin qorunduğunu göstərən əsas məqamlardan biri kimi diqqət çəkir.
Telexeber.az