San-Marino regent kapitanları Prezidenti təbrik etdi

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Telexeber.az xəbər verir ki, mətndə deyilir:
"Zati-aliləri.

Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".
Популярный ролик