"İnformasiya bolluğu dövründə bilik daha böyük məsuliyyət tələb edir" - Aynur Sofiyeva

"Siz yalnız biliklərinizi nümayiş etdirməklə kifayətlənməməli, də cəmiyyət üçün nümunə olmalı, qazandığınız dəyərləri gündəlik fəaliyyətinizdə yaşatmalısınız".

Telexeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunda keçirilən "Məzun Günü" tədbirində çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva məzunları, müəllimləri və valideynləri təbrik edən zaman deyib.
Aynur Sofiyeva təhsil ocağının rəhbərliyi altında əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək bu uğurların gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib:

"Əziz müəllimlər, əziz valideynlər, bu gün sizin zəhmətinizin bəhrəsini gördüyünüz gündür. Məzunlarımızın əldə etdiyi uğurlar və diplom almaları ilk növbədə sizin əməyinizin nəticəsidir. Bu münasibətlə hər birinizi səmimi qəlbdən təbrik edirəm", – deyə o qeyd edib.

Məzunlara müraciət edən Aynur Sofiyeva onların təhsil həyatının mühüm mərhələsini başa vurduqlarını və bundan sonra daha böyük məsuliyyət daşıyacaqlarını bildirib.

"Əziz məzunlar, siz bu gün bilik əldə etməyin mühüm bir mərhələsini yekunlaşdırırsınız. Qarşıda isə qazandığınız bilik və bacarıqları düzgün tətbiq etmək, cəmiyyətə faydalı olmaq kimi daha məsuliyyətli bir mərhələ dayanır", – deyə o vurğulayıb.

Aynur Sofiyeva müasir dövrdə informasiya bolluğunun yeni çağırışlar yaratdığını da diqqətə çatdırıb. O bildirib ki, informasiyanın sürətlə artdığı bir zamanda həqiqi bilik və onu düzgün dəyərləndirmək bacarığı daha böyük əhəmiyyət daşıyır.

"Bu gün əsas məsələ yalnız informasiya əldə etmək deyil, bilikləri düzgün təhlil etmək, onları cəmiyyətin inkişafına xidmət etdirə bilməkdir. Əsl dəyər də məhz buradan başlayır. İnanıram ki, siz qazandığınız bilik və bacarıqlarla dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, ölkəmizin inkişafına öz töhfənizi verəcəksiniz. Yolunuz açıq, uğurlarınız bol olsun", – deyə Komitə sədrinin müavini qeyd edib.
Популярный ролик