Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi General Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin komandanları ilə birlikdə Azərbaycana səfərə gəlib.
Telexeber.az xəbər verir ki, türkiyəli generallar artıq paytaxt Bakıdadırlar. Qeyd edək ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.