Daha iki kanalın yayımı dayandırılacaq
- 17.08.2020, 18:34,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.
MTRŞ-dən Telexeber.az-a bildirilib ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
4 avqust 2020-ci il tarixdə “Lider” televiziya kanalının efirində saat 20.00-21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 22 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin 10 avqust 2020-ci il tarixdə “ATV” televiziya kanalının efirində saat 16.00-17.00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 20 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.