PA rəsmisi: "Ermənistanın geniş miqyasda silahlanması davam edir”
- 07.09.2020, 23:21,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

“Son vaxtlar baş verən hadisələr ona dəlalət edir ki, Ermənistan tərəfindən yenə də nəyinsə törədilə biləcəyi hər zaman baş verə bilər”.
Telexeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Tovuz hadisələrindən sonra Ermənistanın geniş miqyasda silahlanması davam edir: “Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qənamənin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxartmalıdır”.