Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər xalqımızın qələbə əzmini daha da möhkəmləndirib.
Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub.
Qardaş Türkiyədən olan məşhur sənətçilər də Dağlıq Qarabağda gedən döyüşlərə biganə qalmayıb.
Telexeber.az xəbər verir ki, məşhurlar sosial media hesablarında Azərbaycanla bağlı paylaşım edərək əsgərlərimizə zəfər arzulayıblar.
MUSTAFA CECELI
"Vaxt gəldi. Allah zəfər versin."
EBRU GÜNDEŞ
"Azərbaycan və Türkiyə dost deyil. Dostluq bir-birini sonradan tanıyanlar arasında qurulur. Biz qardaşıq."
SEDA SAYAN
"Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir."
EBRU YAŞAR
"Biz iki dövlət bir millətik. Azərbaycana edilən hücumu qınayıram. Qardaşlarımızın yanındayıq."
SİNAN AKÇIL
"Qardaş ölkəyə toxunan hesabını verəcək. Başımız sağ olsun"
OKTAY KAYNARCA
"Türkiyə hər zaman Azərbaycanın yanındadır."
ELİF ECE UZUN
"Azərbaycandakı əsgərlərimizə və mülki vətəndaşlarımıza Allahdan mərhəmət, yaxınlarına başsağlığı diləyirəm."
DURSUN ALİ ERZİNCANLI
"Erzurumdan eşidərəm...Sən səslən mənə. Can deyərəm can! Can can Azərbaycan... Səninləyik Azərbaycan"
UĞUR IŞILAK
"Ey Ermənistan, bu millət səni 1915-1916-cı illərdə mülki vətəndaşlarımıza qarşı törətdiyin qırğınlardan, PKK-ya dəstəyindən və Xocalıda öldürdüyün yüzlərlə insandan tanıyır. Biz qeyd-şərtsiz Azərbaycanın yanındayıq. "
GÜNEL
"Biz iki dövlət və bir millətik. Allah əsgərlərimizi qorusun."
İSMAİL HAKKİ
"Terrorist dövləti Ermənistan atəşlə oynamağa davam edir. Əsl cavabı olacaq inşallah... Can Azərbaycan".
CÜNEYT ARKIN
"İki bədəndə bir can".
AYDAN ŞENER
"Bu planeti paylaşa bilmədik. Sevirəm səni Azərbaycan."
MEHMET BOZDAĞ
"Ermənistanın mülki şəxslərə hücumunu qətiyyətlə pisləyirik. Biz sizinləyik, Azərbaycan."