Azərbaycan əsgəri yeni tarix yazır - Düşmənin 9 texnikasını, 2 müşahidə məntəqəsini məhv edən HÜNƏR - FOTO
- 13.10.2020, 16:38,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan əsgəri yeni tarix yazır!
Müdafiə Nazirliyi cəbhədə qəhrəmanlıq göstərən hərbçilərimizi tanıtmaqda davam edir.
Nazirlikdən Telexeber.az-a verilən açıqlamada əsgər Hünər Məmmədovdan bəhs edilib.
"Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.
O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!".
