Azərbaycanda illər boyu davam edən bu biyabırçılığa aidiyyatı qurumlar niyə susur?!
Dəfələrlə sosial şəbəkələrdə sübuta yetirilmiş ,harınlamış məmurların övladlarının özbaşnalığı haqqında yazılar dərc olunsada ,əfsuslar olsun ki, bəzi bir vaxtdan sonra satın alınaraq yazı sildirilmiş olur.
Ən əsasıda odur ki,Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bu biyabırçılığı bilərək susur.
Ölkəmizin bu çətin dönəmində övladlarını, təcili Azərbaycandan çıxarıb xarici ölkələrə kef çəkməyə göndərildiyi tarixə yazılacaq.
Vətənin azadlığı uğrunda vuruşmayan,qəlpə yaraları almayan və ən əsası Şəhidlik zirvəsinə ucalmayan bir insan vətəninin qədrini bilə bilməz.Vətən Anadır,Vətən hərbirimiz üçün əzizdir.O kəslərə yazıxlar olsun ki,içində vətənə qarşı sevgisi yoxdur.
Telexeber.az-ın gələn buraxılışında həmin məmurların və onların sevimli övıadlarının adları çəkiləcək.Hansı ki,onlar Vətəni yox,Vətənin gəlirini fikirləşirlər.Yalnız öz bizneslərini və qoyacaq olacaqları sərmayələri fikirləşirlər.