Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir.Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
Sizləri Xalqın ziyalılarından biri ilə tanış etmək və ən əsası Telexeber.az-da onun haqqında qısada olsa məlumat verməyi özümüzə borc bildik.
Bu şəxs Şahmar Hüseynovdur. O, əvvəllər “Abşeronneft” NQÇİ-nin rəisi vəzifəsində işləyib,çalışıb.O ərəfələrdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib. Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər, ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib.
Bucür millətinə, dövlətinə sadiq,gördüyü və görəcəyi işinə hörmətlə yanaşan bir rəhbər əlbətdə ki,vəzifəsində yüksələcək.Dövlət başçımız,Şahmar Hüseynov kimi işini sevən ziyalı insanları hər zaman diqqətində saxlayıb.
Elə ona görədə Şahmar Hüseynov “Azneft” İstehsalat Birliyinə (İB) baş direktor təyin olunmuşdur.
Bizdə Telexeber.az kollektivi olaraq, Şahmar Hüseynova vəzifəsində uğurlar arzu edirik.