Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib, bir sıra nailiyyətlər əldə edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisi Əflatun Qasımov haqqında,Telexeber.az-ın araşdırması nəticəsində onu qeyd edə bilərik ki,bir çox insanlara,eləcədə Qazilərimizə və Şəhid ailələrinə diqqətini,qayğısını əskik etməyib.
Əflatun müəllim,ziyalı olmasından əlavə,həmdə xeyirxah insan kimi tanınır.Bu iki xüsusiyyətin bir şəxsiyyətdə yer alması,mən deyərdim ki,hər insana nəsib olmur.
Keçən illərin uğurlu nailiyyətlərindən danışsaq,onu qeyd edə bilərik ki,Dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, cənab Prezident İlham Əliyev iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında görülən işlərdən də danışıb, 500 yaşayış məntəqəsini əhatə edən 1300 km uzunluğunda yol salındığını, bunun çox böyük göstərici olduğunu xüsusi olaraq vurğulamış və 2018-ci ildə agentlik qarşısında ən azı 600 kəndi birləşdirəcək 2000 km-dən çox avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoymuşdu. Prezidentin bu mühüm tapşırığı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilib.
Bərdə şəhərində Tərtər çayı üzərində yerləşən, uzun illər istismar edildiyindən qəzalı vəziyyətə düşən, uzunluğu 118 m olan dəmir-beton körpü də möhtərəm Prezidentin ehtiyat fondundan ayırdığı vəsait hesabına bərpa edilərək istismara verilib.
Bakı şəhərində ümumi uzunluğu 155,0 km olan qəsəbələrarası və şəhər yolları yenidən qurulub , təmir olunub. Bunlar Binəqədi rayonu, Binəqədi şosesinin 5,7 kilometrlik hissəsinin yenidən qurulması, 9 kilometrlik Babək prospektinin yenidən qurulması, 8,3 kilometrlik Sabunçu rayonu, Maştağa-Nardaran avtomobil yolunun əsaslı təmiri, 1,9 kilometrlik Binəqədi rayonu, Abay Kunanbayev küçəsinin əsaslı təmiri, 1,3 kilometrlik Nərimanov rayonu, İslam Abışev küçəsinin əsaslı təmiri, Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası yol qovşağından Sabunçu yolötürücüsünə qədər olan 2,24 kilometrlik hissəsinin təmiri, 5,8 kilometrlik Balaxanı-Binəqədi-Xırdalan avtomobil yolunun təmiri, Xətai rayonu, 2,2 kilometrlik Məhəmməd Hadi küçəsinin əsaslı təmiri, Ramana-Maştağa yolu ilə Ramana qalası tarixi abidəsini birləşdirən 4 kilometrlik avtomobil yolunun əsaslı təmiridir.
Bəli, bu gün respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına da ,irimiqyaslı layihələr həyata keçirilir. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsi xarici investisiya hesabına tikilir. Bu yolun 55,8-80,6 kilometrliyi Salyan-Şorsulu hissəsidir. Layihə Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 24,8 km olan I dərəcəli yolun tikintisi işlərinə 2014-cü ilin iyun ayında başlanılıb, 2018-ci ildə başa çatdırılıb. Yolun Şorsulu-Cəlilabad ərazisindəki 31 kilometrlik hissəsi Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişinə əsasən inşa olunur. Uzunluğu 31 km olan I dərəcəli yolun tikintisi işlərinə 2015-ci ilin sonunda başlanılıb, 2018-ci ildə başa çatdırılıb.
Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri Bakı şəhərində 105,5 hektar yaşıllıq sahəsinə, o cümlədən 21,7 hektar qazon sahəsinə, 97 149 ədəd müxtəlif növ ağac və kol bitkisinə qulluq edirlər. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damcı üsulu ilə suvarma sistemləri quraşdırılıb.
"Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-ləri tərəfindən 8,6 hektar ərazidə yaradılmış 5 tinglik sahəsində yetişdirilən 158 370 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 134 150 ədəd ağac və kol bitkisi yetişdirilib.
Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş dövlət proqramlarının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarındakı yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq edilməsi, yeni yaşıllıqların salınması, onların uçot sisteminin təkmilləşdirilməsi, mühafizəsinin gücləndirilməsi tədbirləri həyata keçirilib və bu işlərə bundan sonra diqqət daha da artırılacaq.