Bu şəxsin Mübariz Mənsimov ilə heç bir əlaqəsi yoxdur - "Palmali"dən AÇIQLAMA
- 29.03.2021, 21:01,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Mübariz Mənsimovun Sahil İmanov adında media danışmanı yoxdur, olmayıb da".
Telexeber.az xəbər verir ki, bunu Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva deyib.
Şirkət rəsmisi bildirib ki, Mübariz Mənsimovun heç bir zaman Sahil İmanov adlı media danışmanı olmayıb:
"Mübariz Mənsimovun media işlərini 10 ildən çoxdur ki, mən idarə edirəm. Mübariz Mənsimovun qanunsuz həbsindən sonra bu adamı tanımışam. Video bloger olduğunu bilirəm, amma nə şirkət, nə Mübariz Mənsimovun xanımı, nə də ailə ilə heç bir bağlantısı yoxdur. Müstəqil jurmalist kimi özünü təqdim edib. Dəyərli sənət adamlarımıza müraciət edərək bildirmək istəyirəm: Palmalinin nə ünvanı, nə də telefon nömrələri dəyişib. Rəsmi səhifələrimiz və nəhayət şirkətin rəsmiləri var. Kimsə sizi dolandırmağa cəhd edirsə, bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Xahiş edirəm, bələ hallarla qarşılaşsanız bilavasitə mənimlə əlaqə saxlayın. Ümumilikdə, sosial mediada Mübariz Mənsimovun adını etiketləyərək əlaqəsi olmayan xəbərlərə rast gəlirik. Xəbərdarlıq edirik ki, rəsmi olmayan xəbərlərdə nə Palmali Holdinqin, nə də Mübariz Mənsimovun adı hallanmasın. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik".
Qeyd edək ki, bu gün sosial mediada ifaçı Xatirə İslamın videosu yayınlanıb. Bu videoda ifaçı, özünü Mübariz Mənsimovun danışmanı olaraq təqdim edən Sahil İmanov adlı şəxsi dələduzluqda ittiham edib. Xatirə İslam bildirib ki, Sahil İmanov adlı şəxs Mübariz Mənsimovun adından və nüfuzudan sui-istifadə edərək bir çox məşhur ifaçıdan pul alaraq onlara sosial mediada bir sıra xidmətlər göstərəcəyi barədə yalan vədlər verib.