Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi
- 17.08.2021, 10:20,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə Telexeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub:
"Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır".