Telexeber.az-a müraciət edən,"Aztelekom" MMC-nin Mingəçevir Telekommunikasiya Qovşağında (indiki Mingəçevir filialı) strukturuna 1989 cu ildə, təyinatla gələn əmaliyyatçı vəzifəsində çalışan Rəhimova Azadə Məmməd qızı və 1997 ci ildən materialnı mühasib vəzifəsində çalışan, iş fəaliyyətini layiqincə yerinə yetirdiyi üçün Qramata ilə təltif olunan Məhərrəmova Svetlana Məmməd qızının, ixtisarla bağlı şikayətini aidiyyatı orqanlara çatdırdıq.
Diqqətinizə çatdırım ki,"Aztelekom" MMC-nin Mingəçevir Telekommunikasiya Qovşağında bir çox işçi heyəti tutduğu vəzifədən azad olunmuşdur.
Adınıda qoyublar ki,tutduğunuz vəzifə ixtisar olunub və 23.08 2021 ci il tarixində xəbərnamə təqdim edilmişdir.
Yaranmış utanc verici məsələ ilə bağlı,aidiyyatı orqanlara məlumat verdik.Biz öz vəzifə borcumuzu yerinə yetirdik və işıqlandıraraq xalqın diqqətinə çatdırdıq.Həəəə,indi görək aidiyyatı orqanlar nə dedilər,bu məsələyə necə reaksiya göstərdilər (diqqətlə oxuyun,maraqlıdı).
"Aztelekom" MMC-nin Mingəçevir Telekommunikasiya Qovşağının rəhbəri Mahir müəllim,xəbəri eşidər-eşitməz biznən əlaqə saxladı, səs tonundan bilinirdi ki,bu boyda böyük məsələ bu şəxslik deyil,bu işdə başqalarının imzası var.
Birazda səbr etdik,ahaa-"Aztelekom" MMC-nin mətbuat xidməti ismarıc göndərib ki,mənə zəng vursun.Bizə müraciət edən vətəndaşın,zəhmətkeş işçinin xətrinə verdiyi mobil nömrə ilə əlaqə saxladıq.Əvvəlcə salamlaşdıq,sonra Aydın müəllim bizə irad tutdu ki,niyə işıqlandırmamışdan əvvəl bizimlə əlaqə saxlamamısınız?
Xəbərdarlıq diyəndəki,Telexeber.az-ın əmakdaşı "Aztelekom" MMC-nin qarşısında məsələ ilə bağlı iki saatdan çox gözləyib,lakin heçkim onu qəbul etməyib.Mətbuat işçisinə belə hörmət qoyan idarə,siravi vətəndaşı necə qəbul edib dərdini dinləyəcək, anlamıram.
Bunu Aydın müəllimin diqqətinə çatdırdıqdan sonra,çıxış yolu qalmayan mətbuat xidməti belə qərara gəldi ki:
-Mən istirahətdəyəm,bu məsələ ilə məşğul ola bilməyəcəm,ona görədə nə suallarınız var,email adresimə ünvanlayın cavablandırım.
Onuda etdik,artıq bir neçə gündür ki,Aydın müəllim nə zənglərimizə cavab verir,nədəki şikayətçini maraqlandıran sualları cavablandırır.
Belə getsə,bizim müraciətimiz Cənab Prezidentimizə olacaq.
Belə zəhmətkeş işçinin əziyyətini yerdən-yerə vuran haqsızlığa qarşı mübarizədə Cənab Prezidentimiz İlham Əliyev daim yardımını əsir gəlməyib.