Hər şey sürprizlə bitə bilər - Ərdoğan Putin görüşündən NƏ GÖZLƏNİLİR?
- 29.09.2021, 11:12,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, sentyabrın 29 da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə gəlir.
Telexeber.az xəbər verir ki, il yarım əvvəl baş tutan görüşdən sonra bu gün tərəflər yenidən bir çox siyasi məsələləri müzakirə edəcəklər. İki dövlət başçısının gündəliyində Suriya, Əfqanıstan, Qafqazdakı vəziyyət, o cümlədən iqtisadi tərəfdaşlıq mövzuları var. Türkiyə mətbuatı bu görüşlə bağlı yazır ki, Ərdoğan ABŞ-ın sanksiyalarına baxmayaraq Rusiyadan "S-400" zenit-raket komplekslərinin daha bir partiyasını alacaq. Əlavə olaraq KİV yazır ki, prezidentin Putindən "Su-35 "və ya "Su-57" qırıcıları istəyəcəyi istisna deyil.
Amma əsas diqqət Suriya üzərində olacaq. Burada Rusiya ilə Türkiyənin bir çox qarşılıqlı iddiaları var. Sentyabrın ortalarında bir neçə türk əsgərinin şəhid olmasından sonraTürkiyə müxalifəti Moskvanı bombardmanı gücləndirməkdə günahlandırır. Vəziyyət Kremli də narahat edir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, üsyançıların və ekstremistlərin nəzarətində olan İdlib əyalətinin xüsusi narahatlıq doğurduğunu söyləyib. "Vaxtilə vəziyyət çox təhlükəli idi, ancaq Rusiya və Türkiyə liderləri oturub razılaşmaq üçün danışıq yolunu tapdılar" deyə Peksov qeyd edib. Bundan əlavə, Soçidə şübhəsiz ki, müzakirə olunacaq məsələlərdən biri də tarixində ilk dəfə xalqın səs verməsi ilə keçiriləcək Liviyidakı prezident seçkiləri olacaqdır. Çünki bu tarix yaxınlaşdıqca vəziyyət daha da qızışır.
Dağlıq Qarabağdakı vəziyyət də diqqətdən kənarda qalmayacaq. Dünya İqtisadiyyatı İnstitutunun baş elmi işçisi Viktor Nadein-Raevskinin fikrincə, bir çox çətinliklər var, amma indiyə qədər Rusiya və Türkiyə prezidentləri razılığa gələ biliblər. "Bir çox regional məsələlərdə ziddiyyətli nöqtələr olsa da, Türkiyənin Suriyada hərbi mövcudluğu əsas problem deyil. Ancaq gec -tez Türkiyə ayrılmaq məcburiyyətində qalacaq deyə Raevskin fikrini yekunlaşdırıb.